Bazar , 8 Fevral 2026
Drone Cameras

Diaspor təşkilatımız Dağıstanda həmvətənlərimizə yaxından dəstək göstərir

Koronavirus pandemiyasının yaratmış olduğu çətinliklərin aradan qaldırılması istiqamətində  diaspor təşkilatlarımız tərəfindən fəallıq göstərilməkdədir. Mahaçqala azərbaycanlıları milli muxtariyyətinin sədri, Rusiya Azərbaycanlıları İttifaqının nümayəndəsi Rakif Əzizovun təşkilatçılığı ilə Dağıstan Respublikasında soydaşlarımıza yardım göstərilibdir. Rakif Əzizov boyukmillet.com-a verdiyi açıqlamada bildirir ki, Rusiya-Azərbaycan sərhəddində vətənə gəlməyi gözləyən vətəndaşlarımıza ərzaq yardımının, səhhətində problem yaranan bir neçə şəxsə xəsəxanada tibbi yardımın göstərilməsinə dəstək olublar. O, həmçinin son bir ayda Rusiyada vəfat etmiş bir neçə soydaşımızın vətənə göndərilməsi məsələlərində yaxından təşkilatçılıq etdiklərini qeyd edib.

Check Also

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən …