Şənbə , 18 Yanvar 2025
Drone Cameras

DİN: Avtomobil yollarındakı yeni monitorlar cərimə yazmır, sürücünü məlumatlandırır

Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır, yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir.

“Bu monitorların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, sürücülərin idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir.

Hər bir sürücü sürət həddinə əməl etməli, özünün və digər şəxslərin həyat və sağlamlığına etinasız yanaşmamalıdır. Yolda sürət təhlükədir”, – məlumatda qeyd olunub.

Check Also

DİN İmişlidəki qəzanın görüntülərini yayıb

Daxili İşlər Nazirliyi (DİN) İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb. Boyukmillet.com  xəbər verir ki, …