Şənbə , 28 Mart 2026
Drone Cameras

DİN: “Bərdə bazarında uşağın nənəsi tərəfindən diləndirilməsi iddiası araşdırılır”

Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda bazarda xəstə uşağın nənəsi tərəfindən diləndirilməsi iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis baş leytenantı Aslan Qiyaslı “Report”un sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı nazirlik məlumatlıdır.

“Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır”, – DİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Bərdə rayonunda bazarda xəstə uşağın nənəsi tərəfindən diləndirilməsi ilə bağlı məlumatlar yayılmışdı.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …