Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

DİN-in qarşısında baş verən hadisə zamanı polis əməkdaşı xəsarət alıb

Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a bildirilib ki, həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub:

“Polis əməkdaşlarının köməyi ilə alov söndürülüb. Bu zaman polis əməkdaşlarından biri əl və qol nahiyəsindən xəsarətlər alıb. Həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar. Onun evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil”.

Check Also

Bakı, Gəncə və Sumqayıtda BÖYÜK ƏMƏLİYYAT: 7 nəfər həbs edildi – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyatlar keçirib. Daxili İşlər …