Bazar , 19 Yanvar 2025
Drone Cameras

DİN-in tabeliyinə verilmiş şirkətin adı və rəhbəri dəyişdirilib

Bu ay Bakı Şəhər İcra Hakimyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən alınaraq Daxili İşlər Nazirliyinə verilmiş “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC-nin adı və rəhbəri dəyişdirilib.

Boyukmillet.com xəbər verir ki, şirkət bundan sonra “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Radiosu” adı altında fəaliyyət göstərəcək.

Ona rəhbərlik isə Aqşin Həbibovdan Rauf Mirqulamova keçib. O, bundan əvvəl “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi olub.

Yeni şirkət 107,7 FM tezliyində fəaliyyət göstərən “Avto FM” radiosunun idarə edilməsi ilə məşğul olacaq.

Check Also

AZAL Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır

Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən “Azərbaycan Hava Yolları” …