Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

DİN: “Saatlıda polisin qanuni tələblərinə əməl etməyən bir qrup şəxs saxlanılıb”

“Saatlıda polisin qanuni tələblərinə əməl etməyən bir qrup şəxs saxlanılıb”.

Boyukmillet.com xəbər verir ki, bu gün saat 14 radələrində Saatlı rayonunun Orta Muğan və Nabatkənd kəndlərinin bir qrup sakini içməli su probleminə öz narazılıqlarını bildirmək məqsədilə magistral yolunu bağlamağa cəhd ediblər. Əraziyə gələn Rayon Polis Şöbəsinin əməkdaşları, rayon İcra Hakimiyyətinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri onlarla izahedici söhbətlər aparıblar. Bundan sonra sakinlərin əksəriyyəti geri qayıtsalar da bir qrup şəxs polisin qanuni tələbinə əməl etməyərək ictimai asayişin pozulmasına yönəli qanunsuz hərəkətlərini davam etdirmişlər. Onlar saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilmişlər.

Hazırda araşdırmalar aparılır.

Check Also

Həbsdə olan jurnalistin evini su basıb

Bakıya yağan yağışlar nəticəsində “Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlının Binəqədi …