Bazar , 19 Yanvar 2025
Drone Cameras

DİQQƏT! Bu şəxslər peyvənd oluna bilməz

Xroniki allergiyanın kəskinləşməsi zamanı insanlar koronavirusa qarşı peyvənd oluna bilməzlər.

Boyukmillet.com  publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı immunoloq Nadejda Loqinina danışıb. Onun sözlərinə görə, peyvənd yalnız sabit remissiya dövründə, bədəndə patoloji proseslər olmadığı zaman edilə bilər.

“Allergiya halında ödem istənilən orqanda və istənilən toxumada lokallaşdırıla bilər. Mədə-bağırsaq traktının, yuxarı tənəffüs yollarının, ağciyər və beyin toxumasının ödemi ola bilər. Allergik reaksiyalara laqeyd yanaşmaq olmaz. Bunlar peyvənd üçün ciddi əks göstəriş olan xroniki xəstəliklərdir”, – ekspert Zvezda TV kanalına açıqlamasında bildirib.

Check Also

Türkmənistandan gətirilən pomidorda virus aşkarlanıb, məhsul partiyası məhv edilib

Azərbaycana idxal olunan qida məhsullarına nəzarət tədbirləri zamanı pomidor məhsulunda virus aşkarlanıb. Bu barədə Qida Təhlükəsizliyi …