Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

DİREKTOR VƏ BAŞ HƏKİM BELƏ SAXLANILDI – Görüntülər yayıldı + VİDEO

“Yeni klinika” tibb müəssisənin direktoru Abbasov Pərviz Akif oğlu və Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlunun həbs edilməsi ilə bağlı videogörüntülər yayılıb.

Boyukmillet.com xəbər verir ki, videogörüntülərdə həbs edilən hər iki şəxsin rüşvət alarkən yaxalanması əksini tapıb.

Qeyd edək ki, rəsmi məlumata görə, “Yeni klinika” tibb müəssisənin direktoru P.Abbasovvə FHN-in Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimiİ.Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan məlumat əsasında həyata keçirilən əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. Həmin şəxslərin barəsində həbs qətimkan tədbiri seçilib.

Check Also

YAP: İranın Naxçıvana dron hücumu xain təxribat cəhdidir

İranın Naxçıvana dron hücumunu iki ölkənin münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan xain …