Cümə , 6 Mart 2026
Drone Cameras

DMX-nin işçilərinin maaşları ilə bağlı sənəddə dəyişiklik edilib

Dövlət Miqrasiya Xidmətinin (DMX) xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları ilə bağlı sənəddə dəyişiklik edilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərarla DMX-nin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri müəyyənləşib (məbləğlər açıqlanmayıb).

Qeyd edək ki, qərar bu ilin yanvarın 1-dən tətbiq edilir.

Check Also

Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkəti tam dayandırılıb – RƏSMİ

Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qəbul edilən qərara dair …