Çərşənbə , 3 İyul 2024
Drone Cameras

Dövlət Bağçalı Türkiyədə prezident və parlament seçkilərinin vaxtını elan etdi -26 avqust

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı partiyasının parlamentdəki fraksiyasının tolantısında sensasion bəyanat verib.

O, 2019-cu ildə keçirilməsi gözlənilən president və parlament seçkilərinin daha əvvəlki tarixə alınmasını təklif edib.

“Türkiyə 2019-cu il noyabrın 3-nə qədər seçkini gözləyə bilməz. İstədiyiniz seçkidirsə, “bu meydan, bu da şeytan”. 2018-ci ilin avqustun 26-da, yəni Malazgirt zəfəri ilə (1271) və Böyük Hücumun (1922) ildönümləri günündə türk milləti yeni bir zəfər ruhu ilə sandığa gedib həm prezidentini, həm də parlamentini seçməklə türk və Türkiyə düşmənlərinə dərsini verəcəkdir”, – Bağçalı bəyan edib.

“Dövlətin birliyinə zərbə vuranlar buna peşman edilməlidir”, – deyən Bağçalı çıxışını bu cümlələrlə davam edib:

“Daxili və xarici qüvvələrin qərəz dolu etirazlarına rəğmən millətimiz prezident üsul-idarəsini qəbul edib. Həmin vaxt heç bir xarici təsir işə yaramayıb, millətin iradəsinə qalib gəlinməyib. Prezident üsul idarəsi xalqın namusunun əmanətidir”.

Dövlət Bağçalı həmin ilin martın 31-də keçirilməsi planlanan bələdiyyə seçkilərinin bir sonrakı prezidentt və parlament seçkiləri öncəsi qütbləşməni şiddətləndirəcəyini , bu səbəbdən son ikisinin daha əvvələ alınmasının doğru olacağını bildirib.

MHP sədrinin çağırışına ölkənin 1-ci şəxsindən, prezident Rəcəp Tayyib Ərdoğandan reaksiya gəlib.

Son dakika: Bahçeli'nin seçim çağrısına Cumhurbaşkanı Erdoğan'dan ilk yanıt

Prezident “indiki anda söylənəcək bir şey yoxdur. MHP sədri Dövlət Bağçalı ilə sabah məsələni görüşüb müzakirə edəcəyəm” deyə bildirib.

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir