Cümə axşamı , 10 Aprel 2025
Drone Cameras

Dostu açıqladı: “Ronaldu “Real Madrid”ə qayıtmaq istəyir”

Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu yenidən İspaniya “Real Madrid”ində çıxış etmək istəyir.

Boyukmillet.com “Chiringuito TV”yə istinadən xəbər verir ki, bu barədə portuqaliyalı hücumçusunun yaxın dostu, jurnalist Edu Agirre bildirib.

Onun sözlərinə görə, 35 yaşlı forvard keçmiş komandasına qayıtmaq arzusundadır: “Dəqiq bilirəm ki, Kriştianu “Real Madrid”ə qayıtmaq istəyir. O, “Barselona” ilə oyunu izləmək üçün getdiyi “Santyaqo Bernabeu” stadionunda özünə qarşı əvvəlki sevgini hiss etdi və bundan təsirləndi. Hazırda “Yuventus”dakı işinə köklənib. Amma futbolda heç vaxt qəti söz demək olmur. Gələcəkdə nə olacağını heç kim deyə bilməz”.

Qeyd edək ki, Kriştianu Ronaldu “Real Madrid”in formasını 2009 – 2018-ci illərdə geyinib. Təcrübəli oyunçu “kral klubu” ilə ümumilikdə 15 titul qazanıb. 

Check Also

Azərbaycan güləşçisi Avropa çempionu olub

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Boyukmillet.com …