Bazar , 22 Dekabr 2024
Drone Cameras

Dövlət başçısı: “Ermənistan başa düşməlidir ki, işğal əbədi olaraq davam edə bilməz”

“Mən bütün ölkələri bu vəziyyətdən kənar qalmağa çağırmışam. Bu, bizim Ermənistanla ikitərəfli məsələmizdir. Vasitəçilər var, onların mandatı var. Onların mandatı yerdə müdaxilə etmək deyil. Onların mandatı həll yolunu tapmaq üçün şərait yaratmaqdır. Əminəm ki, onlar mandatları çərçivəsində davam edəcəklər”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “CNN International” televiziya kanalına müsahibəsində geniş miqyaslı regional müharibə barədə suala cavabında bildirib.

Dövlət başçısı deyib: “Ermənistanın bu münaqişəni beynəlmiləlləşdirmək cəhdi çox səmərəsiz, destruktiv və bir çox ölkələr üçün təhlükəlidir. Ermənistan başa düşməlidir ki, işğal əbədi olaraq davam edə bilməz. Status-kvo dəyişdirilməlidir. Yeri gəlmişkən, prezidentlər, Fransanın sabiq prezidentləri, ABŞ-ın sabiq prezidentləri və Rusiya Prezidenti hamısı vəzifədə olarkən bəyanat vermişdilər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Mən bunu dəstəkləyirəm, Ermənistan isə buna qarşı çıxır”.

Check Also

Azad edilmiş ərazilərdə daha bir kütləvi məzarlıq aşkarlanıb

İşğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzarlıq aşkar edilib. Boyukmillet.com xəbər …