“Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedib qələbələr qazanırdıq”.
Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 27 sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində deyib.
Dövlət başçısı bildirib ki, hər gün yeni uğurlar haqqında məlumatlar daxil edilirdi. 44 gün ərzində bir gün də olmayıb ki, geriyə addım ataq. Mənfur düşmən baxmayaraq ki, onların əlində əlverişli mövqələr var idi. Ərazinin relyefi onlara böyük üstünlük təşkil etmişdi. Baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət müdafiə istehkamları qurulmuşdu. Buna baxmayaraq düşmən geri getməyə məcbur olmuşdu. 44 günlük müharibə zamanı bir dənə olsun Azərbaycan silahlı qüvvələrində fərari olmamışdı. Ancaq Ermənsitan ordusunda 10 mindən çox fərari olmuşdu. Biz şəhidlərimizlə, eyni zamanda qazilərimizlə, vətən müharibəsində qəhrəmanlıq edən hərbçilərimiz, əsgər zabitərimizlə fəxr edirik. Onların qəhrəmanlığı, fədakarlığı heç vaxt unudulmayacaq. Bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır. Azərbaycan xalqı bu ədalətsizliklə barışmaq fikrində deyildi. 44 günlük vətən müharibəsi milli iradə, milli ruh və milli ləyaqət təntənəsi idi”.