Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Dövlət başçısı: “Tuğun bərpa konsepsiyası ayrıca hazırlanır”

“Tuğun, ümumiyyətlə, bərpa konsepsiyası ayrıca hazırlanır. O, sonra təqdim olunacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndində olub.dövlətimizin başçısı Tuğ kəndini gəzib və ictimaiyyət nümayəndələri ilə söhbətində deyib.

Dövlət başçısı qeyd edib ki, Tuğ tarix baxımından çox qədim və önəmli bir yerdir:

“Yəqin ki, sonra burada istehsalat sahələri də yaradılacaq – təmiz su istehsalı. Bu tarixi binaların hamısı konservasiya olunacaq. Yol da çəkilir, hava limanı da var”.

İlham Əliyev bildirib ki, Tuğda turizm yerləri, sanatoriyalar yaradılacaq:

“Cənnət kimi bir yer olacaq. Görəcəklər ki, torpaq sahibinin əlində olanda cənnətə dönür”.

Ümumiyyətlə, bu bölgənin xüsusi təbii gözəlliyi və saflığı var. Məsələn, yəqin ki, görmüsünüz, Kəlbəcərdə mənə iki pətək bal bağışladılar. Təbii çiçək qoxusu verir. Necə deyərlər, nadir təbii bərəkət var. Sudur, havadır”, – Prezident əlavə edib.

Check Also

Prezidentin Qərbi Azərbaycana qayıdışla bağlı bəyanatı Ermənistanı silkələdi –Ulu Öndərin Göyçə anonsu və ilginc reaksiyalar  

Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının öz ata-baba yurdlarına qayıdacağına inandığını bəyan edib.Musavat.com-un məlumatına …