Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir”

ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir.

Boyukmillet.com  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel keçirdiyi növbəti brifinqdə deyib.

O, Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardığını xatırladıb.

“Dövlət katibinin (ABŞ dövlət katibi Entoni Blinken – red.) əvvəllər qeyd etdiyi kimi, birbaşa dialoq bu problemi həll etmək və davamlı sülhə nail olmaq üçün açardır. Biz Ermənistan və Azərbaycan arasında həm ikitərəfli əsasda, həm də tərəfdaşlarla, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində danışıqlara kömək etməyə davam edəcəyik”, – Patel əlavə edib.

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …