Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Dövlət Departamenti amerikalıları İrana zərbələrdən sonra ayıq olmağa çağırıb

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını Yaxın Şərqdəki vəziyyət fonunda dünyada artan anti-Amerika əhval-ruhiyyəsi fonunda ayıq-sayıq olmağa çağırıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir.

“İsrail və İran arasında münaqişə Yaxın Şərqdə nəqliyyat sistemlərinin pozulması və vaxtaşırı hava məkanının bağlanması ilə nəticələnib. Xaricdə ABŞ vətəndaşlarına və maraqlarına qarşı nümayişlər üçün potensial var. Dövlət Departamenti bütün dünyada ABŞ vətəndaşlarına daha yüksək sayıqlıq nümayiş etdirməyi tövsiyə edir”, – sənəddə qeyd olunub.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …