Bazar , 29 Mart 2026
Drone Cameras

Dövlət Departamenti Brüsseldəki görüşə münasibət bildirib: “Bu, irəliyə doğru mühüm addımdır”

ABŞ Dövlət Departamenti Azərbaycan, Ermənistan və Avropa İttifaqı liderləri arasında baş tutan görüşə münasibət bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsünün müavini Vedant Patel brifinqdə bildirib.

“Məlumdur ki, ABŞ bu danışıqların tərəfi olmayıb. Lakin Arlinqtonda ev sahibliyi etdiyimiz danışıqların davamı olaraq, hesab edirik ki, bu, irəliyə doğru mühüm addımlardır, çünki bu iki ölkə arasında davamlı sülhün mümkünlüyü qənaətinə gəlməyə davam edirik”, – o qeyd edib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …