Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Kiyev atəşə tutulub, raket qalıqları şəhər ərazisinə düşüb

Mayın 16-da gecə Ukraynanın paytaxtı Kiyevin atəşə tutulması nəticəsində şəhərin bir sıra rayonlarına raket qalıqları düşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko teleqramda bildirib.

Onun sözlərinə görə, raketin qalıqları Şevçenko rayonundakı zooparkın ərazisinə düşüb.

“Hava hücumu davam edir, sığınacaqlarda qalın!”, – o yazıb. Eyni zamanda, o əlavə edib ki, hadisədə üç nəfər yaralanıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko paytaxtın Obolonski və Darnitski rayonlarında qalıqların düşməsi barədə məlumat verib.

“Ölənlər və dağıntılar barədə məlumat yoxdur. Məlumatlar dəqiqləşdirilir. Hava hücumu xəbərdarlığı bitənə qədər sığınacaqlarda olun!”, – Popko bildirib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …