Gözlərini qan örtənlər və ya cəmiyyətin bütün diqqəti üstlərində olduğu halda dövlət maraqlarını cib maraqlarına dəyişənlərin arxasında kimlər durur?
Boyukmillet.com xəbər verir ki, aylardır bu sual məni çox maraqlandırır. Araşdırmalar və yaxın mənbələr adlar çəkirlər. Tutuşduranda gəlib eyni adamların üstünə çıxır.
Bu adamlar da dövlətin böyük postlarını tuturlar. Eyni gəmidə olduqlarından, bir-birinin yanında çoxlu neqativ faktların şahidləri bu insanlar aylardan bəri QHT Agentliyi ilə bağlı baş verənləri araşdırmaqdansa, qarşısını almaqdansa, gözəl planlar qurub, yollar arayırlar. Günlərdir Nazirlər Kabinetinin qərarı və bu gün elan olunan QRANT məsələsini elə toy-bayram edirlər ki, adam heyrətə gəlir. Axı məhz VC-nı dövlətin çox ciddi gördüyü məsələlərə yönəltməkdənsə(Antiterror tədbirləri və üç ərazimizdə narkotik plantasiyalar) susqunluq nümayiş etdirən QHT Agentliyini , onları himayə edənləri sən demə öz maraqları düşündürür. Qrant elanı ictimailəşən kimi ortaya nə faktlar çıxdı.
Sən demə QHT Agentliyinin qrant elanı veriləndən dərhal sonra QHT-lərin bir çoxu nizamnaməsinə yeni fəaliyyət istiqamətləri salmaq üçün Ədliyyə Nazirliyinə müraciət etməyə başlayıblar. Hətta əvvəldən cəld tərpənənlər də olub. Deyilənə görə Müşahidə Şurası üzvlərinin və Prezident Administrasiyasının( oradakı bəzi maraqlı qüvvələrin) tövsiyəsi əsasında bəzi QHT-lər nizamnaməsində 10-a yaxın fəaliyyət istiqaməti əlavə etdilib. Fevral ayında qaliblər açıqlananda həmin QHT-lərin mövcud nizamnamələri ilə yenilənmiş versiyanı müqayisə edib baxa bilərsiniz.
Artıq bəzi təşkilatlar son günlər özlərini sülh quruculuğu, reinteqrasiya və s. gündəmdə olan mövzular üzrə mütəxəssis kimi qələmə verməyə , mətbuatda bu istiqamətdə çıxışlar etməyə başlayıblar. Həmin çıxışlar təsadüfi deyil. Müəyyən kömək əsasında mövzu üzrə 20 media məlumatı olan bu işbazlar böyük qrantlar üçün müraciət etməyə hazırlaşırlar.
Bu gün bir neçə yeni QHT-nin də qeydiyyatdan keçdiyini eşitdik. Həmin şəxslər bildirdilər ki, avqust ayında yaratmışıq və sentyabr ayında qeydiyyatdan keçmişik. Həqiqətən maraqlı gəldi ki, illərlə qeydiyyat üçün növbə gözləyənlər, min bəhanə edilib sənədləri geri qaytarılanların nə günahı var?
Görünür həm qeydiyyat , həm də qrant almaq üçün gərək adamın arxasında adamı olsun.
Mətanət Əskərqızı
Teref.az