Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədri vəzifəsinə təyinat olub

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Samir Ayət oğlu İdayətov təyin edilib.

Qeyd edək ki, Samir Ayət oğlu İdayətov 10 may 1980-ci il təvəllüdlüdür. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnib. 2011-2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə üzrə əlavə ali təhsil alıb. 2003-2004-cü il tarixlərində hərbi xidmətdə olub. 2002-2017-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, 2017-ci ildə Dövlət Toxum Fondunda sədr, şöbə müdiri işləyib. 2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini, 2020-ci ildə “Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu” ASC-də sədr müavini olub. 10.11.2021-ci ildən yeni təyinata qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsində işləyirdi.

Ailəlidir, 3 övladı var.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …