Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Dövlət və QHT əməkdaşlığı: ictimai nəzarət mexanizmləri gücləndirilir

Şamaxıda “QHT-Dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı konfrans keşirilib.

Boyukmillet.com xəbər verir ki, konfrans Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunub.

Konfransda Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova, Agentliyin məsul əməkdaşları, Şamaxı, Ağsu, Ağdaş, Göyçay, Qobustan, Kürdəmir və Ucar rayonların icra hakimiyyəti başçılarının müavinləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Şamaxı rayon Mədəniyyət Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransı açıq elan edərək tədbirin proqramı haqqında məlumat verib.

A.Əliyeva bildirib ki, keçirilən bu zona konfransları QHT-lər ilə ictimai şuralar arasında sıx əməkdaşlıq yaradacaq və onlar vətəndaş cəmiyyətinin inkişafına birlikdə tövhə verəcəklər. “Biz də Agentlik olaraq lazımi metodiki, konsultativ dəstək verməyə hər zaman hazırıq”.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq, onların fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkil olunmasının zəruriliyini vurğuladı.

O, qeyd edib ki, bu gün Azərbaycanda böyük QHT şəbəkəsi formalaşıb və bu hərəkatın iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşiblər: “Vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğunun əsas istiqamətlərindən biridir. Danılmaz faktdır ki, bu gün Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları öz mövcudluqları ilə ölkədə üçüncü sektorun təkmilləşməsinə öz töhfəsini verirlər. QHT-lər eyni zamanda problemlərin aktuallaşdırılmasında, ictimai müzakirələrin təşkilində böyük rol oynayırlar. Bu gün zona konfranslarının keçirilməsinin əsas məqsədi də QHT-lər və icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların birgə əməkdaşlığının təmin edilməsi və fəaliyyət istiqamətlərinin daha da genişlənməsidir. Həm QHT-lər, həm də ictimai şuralar vətəndaşlarla sıx əlaqədə olmalıdırlar”.

Konfransda çıxış edən digər natiqlər bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhvə verəcək.

Çıxışlarda qeyd edilib ki, qeyd edilib ki, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlər təşkil edilməli, bu xüsusda sosial medianın imkanlarından istifadə edilməlidir.

Konfrans interaktiv müzakirələr əsasında iştirakçıların sualarının cavablandırlması ilə davam edib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …