Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Dövlət Xidməti ötən il 1 162 xüsusi kiberhücum indikatoru müəyyən edib

2023-cü ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti kiberhücum cəhdlərini analiz etməklə 1162 xüsusi kiberhücum indikatoru müəyyən edərək “AzStateNet” şəbəkəsində və elektron poçt sistemində bloklamaqla xüsusi hədəflənmiş kiberhücumların qarşısını alıb.

Bundan başqa, məlumata görə, ötən il “AzStateNet” şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlığı vasitəsilə 911 430 000 zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 7 464 500 və “Sandbox” mühafizə sistemi vasitəsilə isə 103 650 zərərverici tərkibli elektron sənəd blok edilərək son istifadəçilərin yoluxmasına imkan verilməyib.

Bununla yanaşı, kiberkəşfiyyat imkanlarından istifadə etməklə dövlət qurumları domenlərinə (gov.az) bənzədilmiş 186 saxta domen müəyyən edilərək hakerlər tərəfindən hədəflənmiş xüsusi kiberhücumlarda dövlət qurumları adından istifadə edilməsi planlarının qarşısı alınıb və yüzlərlə kiberhücum cəhdləri qabaqlanıb.

Check Also

“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq

“TikTok” sosial şəbəkəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının qəbul etdiyi və onun bağlanmasını nəzərdə tutan qanun …