Çərşənbə , 4 Mart 2026
Drone Cameras

DSX generalı: “Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur”

“Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur. DSX delimitasiya üzrə müvafiq komissiyada fəaliyyət göstərir”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, delimitasiya işi başa çatdıqdan sonra demarkasiya işləri həyata keçiriləcək:

“Daha sonra isə bütün məsələlərdə olduğu kimi, bu məsələ ilə əlaqədar da DSX-nin qarşısına qoyulacaq tapşırıqlar uğurla yerinə yetiriləcək”.

Check Also

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı …