Bazar , 19 May 2024
Drone Cameras

DSX: “Ötən ay sərhəddə 2 milyon 357 min manatlıq qaçaqmal aşkarlanıb”

Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 155 kiloqram 280 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 100 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata kеçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 357 min 830 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, pnevmatik tapança, gözyaşardıcı qaz balonu, ov tüfənginə məxsus patronlar, spirtli içkilər, müxtəlif adda dərman preparatları, tütün məmulatları və külli miqdarda priotexniki vasitələr saxlanılıb.

Check Also

Cəlilabadda 17 yaşlı yeniyetmə 4 bıçaq xəsarəti alıb

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü …