Cümə axşamı , 15 May 2025
Drone Cameras

DSX rəhbərliyi Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulması halları ilə bağlı açıqlama verib

“Mütəmadi olaraq Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimin pozulması halları qeydə alınır. Belə faktlar mövcuddur”.

Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hətta bir neçə halda Ermənistan Silahlı Qüvvələri tərəfindən terror-pozuculuq fəaliyyəti də qeydə alınıb: “Onun da qarşısı qətiyyətlə alınıb. Bölmələrimiz tərəfindən adekvat tədbirlər görülüb. DSX Ali Baş Komandanın hər bir tapşırığını yerinə yetirməyə hazırdır”.

Check Also

2025-ci ilin ilk beş ayı ərzində Azərbaycanda 14 hərbi qulluqçu həyatını itirib

2024-cü ildə isə 51 hərbi qulluqçu vəfat edib 2025-ci ilin ilk beş ayı ərzində Azərbaycanda …