Bazar , 11 Yanvar 2026
Drone Cameras

DTX əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil edib.

Boyukmillet.com xəbər verir ki, yürüş iştirakçıları relyef və iqlim şəraitinin sərt və mürəkkəb olmasına baxmayaraq, müəyyən olunmuş yerə vaxtında çatıb, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anıblar.

Onlar Azərbaycanın Dövlət Bayrağını ucaldaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin adı və emblemi olan plakatı, həmçinin işğaldan azad olunmuş ərazilərdəki təbii yataqlardan götürülən qaya parçasından hazırlanıb və üzərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü əks etdirən xatirə daş lövhəsini zirvəyə yerləşdiriblər.

Check Also

Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 201 qəbiristanlıq yol, ev, sənaye və istehsal obyektləri, eləcə də …