Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

DTX əməliyyat keçirdi – Niyaməddin Orduxanlının qardaşı oğlu saxlanıldı

Bakı və Abşeron sakinlərində silah-sursat aşkarlanıb.

Boyukmillet.com DİN-ə istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əhmədovdan nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 3 ədəd patron götürülüb.

Abşeron Rayon Polis İdarəsi, Mehdiabad Polis Bölməsi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mehdiabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş N.Orduxanlı qəsəbə ərazisində saxlanılıb. Ondan “AK” markalı silah, 1 ədəd patron darağı və 5 ədəd patron aşkar edilərək götürülüb.

Demokrat.az-ın məlumatına görə, əməliyyat zamanı tutulan Novruz Orduxanlı BAXCP sədrinin müavini Niyaməddin Orduxanlının qardaşı oğludur.

Check Also

Bakıda daha bir bina SÖKÜLÜR: 1340 AZN kompensasiya

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək. Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu …