Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

DTX-nin əməliyyatı nəticəsində saxlanılan yüksək vəzifəli şəxsin kimliyi bilindi – FOTO

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib.  

Boyukmillet.com xəbər verir ki, saxlanılanlardan birinin Dövlət  Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu bildirilir. 

Qeyd edək ki, Xəlilov Etiram Səyyaf oğlu 1997-ci ildən gömrük orqanlarında xidmət göstərir. O, 1997-ci ildə Bakı Baş Gömrük idarəsinin Bərə keçid postunun inspektoru və gömrük rəsmiləşdirilməsi şöbəsinin inspektoru, 2000-ci ildə Enerji Gömrük idarəsinin Liman Gömrük postunun rəisi, 2003-cu ildə Enerji Gömrük idarəsinin Səngəçal postunun rəisi, 2003-2013-cü illərdə Sumqayıt Baş Gömrük idarəsinin rəisi, 2013-2018-ci illərdə isə Aksiz Baş Gömrük idarəsinin rəisi vəzifələrində çalışıb. 2018-ci ildən “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsinə təyin edilib.

Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Check Also

Qanunsuz orden və medal hazırlamaqda təqsirli bilinən QHT rəhbərinin məhkəməsi başlayır

Qanunsuz orden və medal hazırlamaqda ittiham olunan “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” …