Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

DTX-nin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və DTX-nin rəhbər heyəti 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban verən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Boyukmillet.com xəbər verir ki, şəhidlərin məzarı üzərinə tər qərənfillər düzülüb, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsi dərin hüznlə yad olunub.

Sonra Xidmətin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilən təhlükəsizlik orqanları əməkdaşlarının da əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.

Check Also

Ermənistanda azərbaycanlılara məxsus 200-dən çox qəbiristanlıq yol, ev və əkin sahələri ilə əvəzlənib

İndiki Ermənistan ərazisində azərbaycanlılara məxsus 201 qəbiristanlıq yol, ev, sənaye və istehsal obyektləri, eləcə də …