Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Dubaydan Bakıya brilyant qaşların qanunsuz gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində brilyant qaşların qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Boyukmillet.com komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn iki vətəndaşın əl yüklərinə baxış keçirilib. Yoxlama zamanı sərnişinlərdən birinə məxsus notbuk çantasındakı səsgücləndiricilərin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi ölçüsü 120,49 karat olan brilyant qaşlar, digər şəxsin çamadanından isə həmin qaşlar üçün sertifikatlar və sellofan paketlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

jzbBhaOq2RkiiaQ02mpJFiK2i6ANgq3A.jpg (180 KB)

Check Also

İranda neft anbarına zərbə endirilib, ölən və yaralananlar var

İsrailin İranın Fərdis şəhərindəki neft anbarına hücumu zamanı 6 nəfər ölüb, 21 şəxs yaralanıb. Boyukmillet.com …