Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Dünya əhalisinə xəbərdarlıq edildi: “Hazırlaşın, daha ölümcül olacaq, “COVID-22”… ”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyası ilə bağlı daha bir qorxunc açıqlama gəlib.

Boyukmillet.com xəbər verir ki, ingilis professor Sai Reddi “COVID-22” adlandırdığı yeni variantın dünyada dominant olan Delta ştammından daha ölümcül ola biləcəyi barədə xəbərdarlıq edib.

Güclü bir ştammın yayılmasının qaçılmaz olduğunu iddia edən Reddi dünya əhalisini yeni təhlükəyə hazırlıqlı olmağa çağırıb:

“Yeni varianta qarşı hazırlaşmalıyıq. Əgər belə bir ştamm üzə çıxsa, onu mümkün qədər erkən aşkar etməliyik və peyvənd istehsalçılarının peyvəndi tez bir vaxtda yeni varianta uyğunlaşdırmasını təmin etməliyik”.

İngiltərə hökumətinə məsləhət verən elm adamları son dövrlərdə Alfa, Beta, Delta və Qamma kimi dövriyyədə olan daha çox yoluxucu və ölümcül variantların birləşməsindən “superştamm”ın ortaya çıxa biləcəyi barədə xəbərdarlıq ediblər. İngiltərənin Fövqəladə Hallar üzrə Elmi Məsləhətləşmə Qrupunun (SAGE) hesabatında yeni koronavirus variantının ölüm nisbətinin 35 faiz olduğu, MERS qədər ölümcül ola biləcəyi barədə məlumatlar var. SAGE-də işləyən alimlərin hazırladığı hesabatda sözügedən mutasiyanın peyvəndlərə və dərmanlara qarşı daha davamlı ola biləcəyi də vurğulanıb.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …