Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Dünya çempionatı: Azərbaycan cüdoçuları ilk günü medalsız başa vurub

Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında ilk günü medalsız başa vurublar. 

Boyukmillet.com-un məlumatına görə, kişilərin yarışında 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Yeldos Smetova (Qazaxıstan) uduzub. 

Qadınlardan 48 kq-dakı Leyla Əliyeva da eyni raundda Xuliya Figeroaya (İspaniya) yenilib. 

Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

08:36

Azərbaycanın iki cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatında mübarizəyə başlayacaq.

Boyukmillet.com-un məlumatına görə, kişilərin yarışında 60 kq çəki dərəcəsində çıxış edən Kəramət Hüseynov 1/16 final mərhələsində Yeldos Smetovla (Qazaxıstan) üz-üzə gələcək.

Qadınlardan 48 kq-dakı Leyla Əliyeva eyni raundda Xuliya Figeroa (İspaniya) ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.

(Report.az)

Check Also

Azərbaycanın daha üç taekvondoçusu Türkiyədə medal qazanıb

Azərbaycanın daha üç taekvondoçusu Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish …