Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Dünya çempionatı: İsrail 1/8 finala yüksəlib, İspaniya mübarizəni dayandırıb

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

Boyukmillet.com -un məlumatına görə, H qrupunda İsrail – İspaniya matçı baş tutub.

Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada rəqibini məğlub edən (4:2) İsrail xallarının sayını 6-ya çatdıraraq 1/8 finala yüksəlib.

Hesabında 3 xal olan İspaniya mübarizəni dayandırıb.

H qrupunun Serbiya – Qana oyunu saat 19:30-da start götürəcək. Serbiyanın 6 xalı var. Afrika təmsilçisi isə əvvəlki iki qarşılaşmada məğlub olub.

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də başa çatacaq.

FOTO: Mircavid Eminoğlu

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …