Şənbə , 14 Mart 2026
Drone Cameras

Dünya Kubokunda Azərbaycanı 8 gimnast təmsil edəcək

Aprelin 15-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə Dünya Kuboku üçün Azərbaycan yığmasının heyəti açıqlanıb.

Federasiyanın Mətbuat Xidmətindən verilən məlumatına görə, 3 gün davam edəcək yarışa Azərbaycan millisinin ikinci heyəti yollanıb.

Dünya Kubokunda ölkəni fərdi proqramda Alina Gözəlova ilə İlona Zeynalova, qrup hərəkətləri proqramında isə Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva və Nərgiz Ramazanova təmsil edəcək.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …