Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Düşməndən daha bir təxribat – Hərbçimiz yaralandı

Sentyabrın 14-də axşam saatlarında Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu Hacallı kəndi istiqamətində növbəti dəfə təxribat törədib.

Bu barədə Open.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində gizir Əliyev Renat Eldar oğlu yaralanıb. Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilib, onun həyatı üçün təhlükə yoxdur.

Bölmələrimizin cavab atəşi ilə düşmən susdurulub, əməliyyat şəraiti Ordumuzun nəzarəti altındadır.

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Rəfiqə qrantları” -2-3 min manatlıq layihəyə 1000…FOTOLAR

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin daha iri büdcə ilə eyni mövzuda filmlərin təkrar hazırlanmasına maliyyə ayırıb(?) …