Şənbə , 23 Noyabr 2024
Drone Cameras

DYP və “Azəravtoyol” biabırçı “Vaz dairəsi” layihələrinə niyə düzəliş etmir? – Video

DYP və “Azəravtoyol”un 100 minlərlə əhaliyə sözün əsl mənasında zülm verən biabırçı layihəsi ilə bağlı çəkdiyim etiraz videosuna sosial şəbəkələrin müxtəlif seqmentlərində 100 minlərlə baxış olub.

Bilməyənlər üçün xatırladım ki, heç bir əsası olmayan layihə keçmiş “Vaz dairəsi” deyilən ərazidə aparılıb. Güya tıxacın(?) qarşısını almaq adı ilə oradakı dairəni ləğv ediblər. Nəticədə Xırdalan şəhərinə, Bakı Mühəndislik Universitetinə və Bakı şəhərinə getmək üçün avtomobil sahibləri əlavə 6 kilometr yol qət etməlidir.

Yazılan minlərlə şərhin analizi göstərir ki, həmin yoldan istifadə edən vətəndaşlarımız buna kütləvi şəkildə etiraz edirlər. Dünən DYP rəhbərliyindən mənimlə əlaqə saxladılar. Onlarla apardığım fikir mübadiləsindən hiss etdim ki, haqlı iradlarla razılaşırlar.

Bildirdilər ki, məsələ “Azəravtoyol”la müzakirə edilir, yaxın zamanlarda əhaliyə verilən əziyyətə son qoyulacaq. Mən hiss edirəm ki, bu məsələdə dirənişi “Azəravtoyol” və onun rəhbəri Saleh Məmmədov göstərir. Adı indiyə qədər ən dəhşətli korrupsiya qalmaqalında hallanan bu adam niyə xalqa bu şəkildə zülm etməkdən zövq alır?

Onsuz da tıxac olan Bakı-Sumqayıt yolundan istifadə edən bir adamın şəhərə getmək üçün yolu niyə 8 kilometr uzadılmalıdır? Sizin heçmi insafınız yoxdur? Yoxsa, bunu qəsdən edirsiniz ki, camaat hökümətdən narazı düşsün? Buna başqa nə ad verək?

Çağırın ən güclü mütəxəsisslərinizi gəlsin mənimlə debata çıxsın və əsaslandırsın ki, bu iyrənc layihənin zərrə qədər də olsun xalqa xeyiri var. Edə bilməzlər. Əlaqədar qurumlardan xahiş edirəm, böyük narazılıq yaradan bu təxribat layihəsi ilə bağlı ölkə rəhbərliyiə məruzə etsinlər.

Hiss edirəm ki, biabırçılığa imza atanlar etiraz edənləri “yola verməklə” prosesin unudulmasını və sonda belə də qalmasını istəyirlər. Çünki edilən yanlışın nə zaman düzələcəyi ilə bağlı konket vaxt deyilmir. Bilin ki, mən bu məsələdə sona qədər mübarizə aparacam!

İmkan vermək olmaz ki, kimlərsə şəxsi mənfəətlərini güdmək məqsədilə dövlətin adından ürəkləri istəyən addımları atsınlar.

Boyukmillet.com həmin ərazidən hazırlanan videoreportajı təqdim edir.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …