Bazar ertəsi , 30 Dekabr 2024
Drone Cameras

“Əbədi İztirab” sənədli filminin təqdimatı keçirildi — FOTOLAR

“Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Əbədi İztirab” sənədli filminin təqdimatı keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova, “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev, hüquq elmlər doktoru, professor Bəhram Zahidov, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli,əsirlikdən qurtulmuş İlqar Hüseynov, Şahin Hüseynov və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Sənədli film Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş, sonradan erməni əsarətindən xilas edilmiş azərbaycanlılardan bəhs edir. Qeyd olunub ki, müharibə zamanı ermənilər tərəfindən əsir və girov götürülmüş mülki vətəndaşlar insanlığa sığmayan davranışlara, şiddət və təcavüzə, nalayiq rəftara məruz qalıblar. Ermənistan dövləti hamılıqla  qəbul edilmiş beynəlxalq humanitar hüququn təməl prinsiplərini pozub, əsir və girovlar işgəncələrə məruz qalıb, şəxsiyyətləri tapdanıb, şantaj edilib, alçaldılıb, fiziki, mənəvi, psixoloji, seksual terrorla üzləşiblər. 

Azərbaycan və ingilis dillərində yayımlanan filmin məqsədi dözülməz şəraitdə saxlanıldıqdan sonra erməni əsir və girovluğundan azad edilmiş şəxslər haqqında beynəlxalq ictimaiyyətə məlumat vermək, dünyanın diqqətini Ermənistan dövlətinin müharibə cinayətlərinə çəkməkdir. 

Check Also

Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının erməni musiqisi kimi təqdimatının qarşısı alınıb

Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi daha dörd mahnının (“Töhfə”, “Getmə amandır”, “Yavaş-yavaş” və …