Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Ekspert: Sui-qəsd cəhdindən sonra Trampın seçkidə qalib gəlmək şansı artıb

ABŞ-nin 45-ci prezidenti Donald Trampa sui-qəsd cəhdi onun noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmək şansını artıra bilər.

Boyukmillet.com xəbər verir ki, bunu rusiyalı ekspert, ABŞ-də siyasi proseslər üzrə mütəxəssis Yevgeni Minçenko deyib.

“İnanıram ki, bu, Trampın qalib gəlmə şansını xeyli artırır, onun “sistemə qarşı çıxan döyüşçü” imicini gücləndirir”, – ekspert bildirib.

Minçenko hesab edir ki, Amerika mediasında Trampa qarşı son dərəcə mənfi münasibət nəzərə alınmaqla bu sui-qəsdin motivləri və şəraitinin təhlili aparılmalıdır:

“Bir sıra Amerika mediasında Tramp “demokratiyası üçün dəhşətli təhlükə” kimi təqdim edilib”.

Bu arada CNN telekanalı Pensilvaniya seçici məlumat bazalarına istinadən xəbər verib ki, Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxs Respublikaçılar Partiyasının üzvü olub. Məlumata görə, 20 yaşlı Tomas Metyu Kruks qeydiyyatdan keçmiş seçici olub və ilk dəfə 2024-cü ildə səs verə bilər.

Xatırladaq ki, ABŞ-ın Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.

Check Also

Blinken brifinqdə ona etiraz edən iki jurnalisti zorla zaldan çıxartdırıb

ABŞ Dövlət katibi Antoni Blinken Dövlət Departamentində səlahiyyət müddətinin başa çatması ilə bağlə keçirdiyi sonuncu …