Çərşənbə , 18 Sentyabr 2024
Drone Cameras

Əli Babayevin 70 illik yubileyidir

Bu gün, avqustun 12-də “Gürcüstan Azərbaycanlılarının Milli Konqresi”nin rəhbəri Əli Babayevin 70 yaşı tamam olur. Əli müəllim ömrünü xalqa həsr etmiş insanlardandır. Ömrünün son 25 ilini  Gürcüstan azərbaycanlılarına, onların Gürcüstan cəmiyyətinə intiqrasiyasına və cəmiyyətdə layiqli yerlərini tutmalarına, problemlərinin aşkar olunaraq həll olunmasına həsr edən Əli Babayevi haqlı olaraq xalqın adamı adlandırırlar.

Azərbaycanlıların Gürcüstan cəmiyyətində layiqli yerlərini tutmasını təşkilatlanmış fəaliyyətə çevirmək üçün 1999-cu ildə “Gürcüstan mənim vətənimdir” təşkilatını yaradıb. Gürcüstandakı gürcü dilli mətbuatında dəfələrlə çıxış edərək Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını işfa edib, Azərbaycanın haqq davasının bütün dünyaya çatdırılmasında iştirak edib. Dəfələrlə Ermənistanın Gürcüstandakı səfirliyinin önündə etiraz aksiyasının keçirilməsinin təşkilatçılarından və öncüllərindən biri olub. İkinci Qarabağ Müharibəsi zamanı Tbilisdə İnformasiya Mərkəzi yaradaraq Gürcüstan ictimaiyyətinə obyektiv məlumatların çatdırılmasını təmin edib. 

Əli Babayev Gürcüstanla Azərbaycan arasında müansibətlərin mehriban qonşuluq və əməkdaşlıq çərçivəsində inkişaf etməsinə də öz töhvəsini verir. 

Bu gün 70 yaşı tamam olan Əli Babyevin arzusu Azərbaycanla Gürcüstan arasında münasibətlərin dostluq və mehriban qonşuluq çərivəsində olması, bu münasibətlərin hər iki xalqın mənafeyinə xidmət etməsidir. 

Əli müəllimi 70 yaşının tamam olması münasibəti təbrik edir, uzun ömür və həyatını həsr etdiyi Gürcüstan Azərbaycan münasibətlərində yeni uğurlar arzu edirik.

Arzuman Loğmanoğlu

Ps: Boyukmillet.com kollektivi olaraq, xoş sözlərə qoşularaq Əli Babayevi 70 illik yubileyi münasibəti ilə, səmimi qəlbdən təbrik edirik.

Check Also

Ədliyə Nazirliyinin qarşısında etiraz aksiyası

20 yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması ictimai birliyi, bu gün Ədliyə Nazirliyinin qarşısında, etiraz …