Bazar , 11 İyun 2023

Elmira Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Elmira Hüseyn qızı Axundova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, sabah E.Axundovanın 70 yaşı tamam olur. O, Milli Məclisin üçüncü, dördüncü və beşinci çağırış deputatı olub, 2020-2023-cü illərdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub.

Check Also

Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib. …