Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Ermənistanın müdafiə nazirinin KTMT-nin iclasına qatılmamasının səbəbi açıqlanıb

“Ermənistanın müdafiə naziri Suren Papikyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında iştirak etməməsi texniki səbəblərlə bağlıdır”.

Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu hakim Mülki Müqavilə Partiyasının katibi Artur Hovhannisyan deyib.

Onun sözlərinə görə, məsələni siyasiləşdirməyə ehtiyac yoxdur: “Son günlər KTMT-Ermənistan münasibətləri barədə kifayət qədər təfərrüatlı danışırıq. Amma nazirin iclasda iştirak etməməsi siyasi yox, texniki xarakter daşıyır”.

Qeyd edək ki, S.Papikyan KTMT ölkələrinin müdafiə nazirlərinin Belarusun paytaxtı Minskdə keçirilən iclasında iştirak etməyib.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …