Bazar ertəsi , 10 Mart 2025
Drone Cameras

Elza Seyidcahan: Röya at kimi işləyir, it kimi yaşayır

Səhnəmizin ekstravaqant müğənnisi, Əməkdar artist Elza Seyidcahan canlı efirdə işlətdiyi kəlmələrlə gündəmin oxunu öz tərəfinə istiqamətləndirib.  

Elza “Xəzər TV”də yayımlanan “Hər şey daxil” verlişində dilə gətirdiyi fikirləri ilə müzakirə obyektinə çevrilib.  

Sənətçi dincəlmədən çalışdığını çox maraqlı bir müqayisə şəklində dilə gətirib:  

“Bir dəfə sual verdilər ki, qəbir daşınıza nə yazılmasını istərdiniz? Dedim ki, at kimi işlədi, it kimi yaşadı”. 

Proqramda daha sonra sonra söhbət yenicə “Xalq artisti” adını almış sənətçilərdən düşüb. Seyidcahan mikrofonu əlindən yerə qoymaraq, fikirlərini bu cür davam etdirib:  

“Röya Ayxan da bu silsiləyə daxildir. O da it kimi yaşayır. O qədər çalışırıq, yoruluruq ki, dincəlmirik. İnsan bir az işləyər, sonra dincələr. Biz sənət adamları isə bunları etmirik. Dincəlmədən çalışırıq”.  

Qeyd edk ki, Elza Seyidcahanın səsləndirdiyi qeyri-adi müqayisəsi sosial media əhli tərəfindən birmənalı qarşılanmayıb. Onlar Əməkdar artisti bu fikirlərinə görə tənqid atəşinə tutublar.  

Check Also

Sabir Rüstəmxanlı: Bəxtiyar Vahabzadə Azərbaycan mədəniyyətini türk dünyasında layiqincə təmsil edən böyük şəxsiyyət idi

“Azərbaycan xalqının görkəmli qələm ustası Bəxtiyar Vahabzadə mənim üçün müəllim və həqiqi dost idi. O, …