Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Emin Həsənli Şimali Kipr prezidenti və nazirlə görüşüb

Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gənclər Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) səfərdədir.

Bu barədə Boyukmillet.com -a məlumat verən Şura üzvü bildirib ki, səfərin ilk günündə Şimali Kipr Şəhid Ailələri və Qazilər Dərnəyinin baş ofisində Türkiyə şəhid ailələri və Qazilər dərnəyinin sədri Mustafa İşığın iştirakı ilə Dərnəyin üzvləri ilə görüş keçirilib. Görüşdə Azərbaycanın şəhid ailələri və veteranlar təşkilatları ilə ŞKTC-nin müvafiq təşkilatları arasında əməkdaşlıq müzakirə olunub.

Noyabrın 14-də isə E.Həsənli ŞKTC-nin prezidenti Mustafa Akıncı ilə görüşüb. “Prezident Akıncı Azərbaycanla bağlı xoş təəssüratlarını, sevgisini bildirdi. O, Azərbaycan Prezidenti İlham Əliyevlə TAP və TANAP layihələrinin təməlqoyma mərasimi zamanı görüşdüyünü, xatırlatdı. Ümummilli lider Heydər Əliyevin türk dünyası üçün böyük xidmətlər göstərdiyini bildirdi. O, Türk Şurasının iclaslarını xatırladaraq, Bakının bu məsələlərə önəm verdiyini, Türk Şurasının təməlinin Naxçıvanda qoyulduğunu, bu il oktyabr ayında onun 10 illiyinin qeyd edilməsini və Azərbaycan bütün məsələlərdə qardaş Türkiyəyə verdiyi dəstəyi məmnunluqla qeyd etdi” – deyə Həsənli bildirib.

Emin Həsənli qeyd edib ki, prezident Mustafa Akıncı Azərbaycanla Şimali Kiprin hərbi yönlü təşkilatları arasında əlaqələrə xüsusi önəm verdiyini, Türkiyə və Azərbaycanın hərbi yönlü QHT-ləri arasındakı əməkdaşlığın gələcəkdə Şimalı Kipr Türk Cümhuriyyəti ilə də qurulmasını arzu edib: “Bunun üçün Şimalı Kipr Türk Cümhuriyyətin prezidenti kimi nə lazımdırsa edəcəyini bildirdi. Biz həm Türkiyənin, həm Şimalı Kipr Türk Cümhuriyyətinin qazi və şəhid ailələri dərnəkləri ilə bərabər işlər aparacağımızı və ehtiyatda olan zabitlərlə birgə bu əməkdaşlığımızın davam edəcəyini bəyan etdik.

Emin Həsənli həmçinin ŞKTC-nin baş nazirinin müavini, xarici işlər naziri Kudret Özersayla Xarici İşlər Nazirliyində görüşüb. Görüşdə türk dünyasının ortaq problemlərinin həlli üçün birgə fəaliyyətin zəruriliyi qeyd olunub: “Cənab nazir bildirdi ki, Qarabağ məsələsilə bağlı Türkiyənin dünyada apardığı siyasi və diplomatik fəaliyyət ŞKTC tərəfindən də dəstəklənir və Azərbaycanın haqq işi bütün mümkün platformalarda müdafiə olunur”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …