Bazar , 11 Yanvar 2026
Drone Cameras

Ərəb və müsəlman ölkələri Trampın planını dəstəkləyən birgə bəyanat yayıb

Ərəb və müsəlman ölkələri ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həlli ilə bağlı sülh planını dəstəkləyən birgə bəyanat yayıb.

Boyukmillet.com “Reuters” agentliyinə istinadən xəbər verir ki, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Misir, İordaniya, İndoneziya, Pakistan, Türkiyə XİN-ləri birgə bəyanat yayaraq, hərtərəfli saziş vasitəsilə Qəzzada müharibəni dayandırmaq üçün Birləşmiş Ştatlarla işləməyə sadiq olduqlarını təsdiqləyiblər.

Ölkələr Trampın planının əsas bəndlərinin – Qəzza zolağına humanitar yardımın maneəsiz çatdırılmasının, fələstinlilərin məcburi köçürülməsindən imtina edilməsinin və israilli girovların azad edilməsinin həyati əhəmiyyətini vurğulayır.

Bəyanatda qeyd olunur ki, saziş bütün tərəflərin təhlükəsizliyini təmin edən mexanizmi özündə ehtiva etməlidir. Həmçinin İsrail qoşunlarının tam çıxarılmasının və Qəzza zolağının bərpasının vacibliyi vurğulanıb.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …