Bazar , 22 Dekabr 2024
Drone Cameras

Er­mə­nis­tan “ye­zi­di oyu­nu” ilə özü­nün mo­no­et­nik döv­lət ma­hiy­yə­ti­ni giz­lət­mə­yə ça­lı­şır

Sa­mir Adı­gö­zəl­li: “Ye­zi­di­lə­ri ilk qaç­qın edən er­mə­ni­lə­rin özü olub”
Er­mə­nis­tan mət­bu­a­tın­da hə­min öl­kə­də ya­şa­yan ye­zi­di kürdlə­rin nü­ma­yən­də­si­nin açıq­la­ma­sı ya­yı­lıb. Sə­id Ala­verdyan ki­mi təq­dim edi­lən hə­min şəx­sin Er­mə­nis­tan­da ya­şa­yan gənc ye­zi­di­lə­rin li­de­ri ol­du­ğu bil­di­ri­lir.
Bu gənc dün­ya­nın apa­rı­cı döv­lət­lə­ri­nə səs­lə­nə­rək, Şi­ma­li İraq­da öz mil­lə­tin­dən olan­la­rın prob­le­mi­nə ən­cam çək­mə­yə ça­ğı­rır. Onun söz­lə­ri­nə gö­rə, ha­zır­da ya­şa­nan konflikt sə­bə­bin­dən böl­gə­də da­ha çox əziy­yət çə­kən ye­zi­di­lər­dir. Gənc bil­di­rir ki, təh­lü­kə get-ge­də ar­tır və mə­sə­lə­də ye­ga­nə çı­xış yo­lu ye­zi­di­lə­rə mux­ta­riy­yə­tin ve­ril­mə­si­dir. Rəs­mi sta­tis­ti­ka­ya is­ti­nad edən gənc bil­di­rib ki, BMT-nin he­sa­ba­tı­na gö­rə, dün­ya­da olan ye­zi­di­lə­rin ya­rım mil­yo­nu ha­zır­da qaç­qın hə­ya­tı ya­şa­yır. On­lar­dan 25-30 mi­ni dün­ya­sı­nı də­yi­şib, 5 mi­ni isə əsir­lik­də­dir.
Özü­nü ye­zi­di gənclə­rin li­de­ri ki­mi təq­dim edən gən­cin bu açıq­la­ma­sın­dan han­sı mə­na və niy­yət­lə­ri mü­əy­yən et­mək olar?
Dün­ya Azər­bay­can­lı­la­rı Konqre­si ic­ra apa­ra­tı­nın rəh­bə­ri Sa­mir Adı­gö­zəl­li qə­ze­ti­mi­zə açıq­la­ma­sın­da bil­dir­di ki, bu, Er­mə­nis­ta­nın döv­lət si­ya­sə­ti­nə uy­ğun apa­rı­lan təb­li­ğat­dır:
“An­caq çox ba­ya­ğı­dır. He­sab edi­rəm ki, bu­nun­la Er­mə­nis­tan həm öz öl­kə­si­nin de­mok­ra­tik­li­yi­ni nü­ma­yiş et­dir­mək is­tə­yir, ey­ni zamnda öl­kə­də mo­no­et­nik­li­yin möv­cud ol­ma­sı təb­li­ğa­tı­nı bey­nəl­xalq, həs­sas möv­zu­la­ra to­xun­maq­la da­ğıt­maq is­tə­yir. Bi­lir­si­niz ki, Er­mə­nis­tan rəh­bər­li­yi­nin apar­dı­ğı si­ya­sət nə­ti­cə­sin­də öl­kə­də ya­şa­yan bü­tün et­nik az­lıq­lar, o cüm­lə­dən ye­zi­di kürdlər hə­min öl­kə­ni tərk edib. Fak­ti­ki ola­raq Er­mə­nis­tan mo­no­et­nik bir öl­kə­dir. Er­mə­nis­tan­da öy­rə­dil­miş bir gənc İraq­da ya­şa­yan in­san­la­rın acı­na­caq­lı və­ziy­yə­ti­nə bi­ga­nə qal­ma­ya­raq, öl­kə­nin de­mok­ra­tik­li­yi­ni nü­ma­yiş et­dir­mək is­tə­yir­sə, bu ol­duq­ca gü­lünc gö­rü­nür. Çün­ki hə­min gən­cin ya­şa­dı­ğı öl­kə baş­qa bir döv­lə­tin əra­zi­si­ni qəsb edib. Yüz min­lər­lə şəxs qaç­qın-köç­kün dü­şüb. On min­lər­lə adam hə­lak olub. Ona su­al ver­mək la­zım­dır: in­san­lı­ğa qar­şı tö­rə­di­lən bu ci­na­yət­lər bə­yəm onu na­ra­hat et­mir? Bur­dan du­rub İra­qın dər­di­ni çək­mək Er­mə­nis­tan­da ya­şa­yan gən­cə ya­raş­mır. Çün­ki ye­zi­di­lə­ri ilk qaç­qın edən er­mə­ni­lə­rin özü olub. Araş­dı­rın gö­rün, 1988-ci il­dən son­ra Er­mə­nis­tan­da nə qə­dər ye­zi­di var? Əmi­nəm ki, bar­maq­la sa­yı­la­caq qə­dər­dir, bəl­kə də heç yox­dur. Mən­də olan mə­lu­ma­ta gö­rə, on­la­rın bö­yük ək­sə­riy­yə­ti azər­bay­can­lı­lar­la bə­ra­bər Er­mə­nis­tan­dan de­por­ta­si­ya olu­nub”.

 

Azinforum.az – İnformasiya Portali

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir