Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Ərdoğan: 2028-ci ildən KAAN-ı döyüş təyyarələri parkımıza daxil etməyə başlayacağıq

2028-ci ildən KAAN-ı döyüş təyyarələri parkımıza daxil etməyə başlayacağıq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elazığda keçirilən mitinqdə bildirib.

“Ötən həftə 5-ci nəsil döyüş təyyarəmiz KAAN səmaya qalxdı. Bu sahədə Türkiyə dünyanın ilk 4 ölkəsi arasında yerini aldı. 2028-ci ildə KAAN-ı döyüş təyyarələri parkımıza daxil etməyə başlayacağıq”, – Türkiyə Prezidenti deyib.

Qeyd edək ki, KAAN Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə bu təyyarələri ABŞ-ın F-22 və F-35 qırıcılarına alternativ olaraq istehsal edib. Təyyarə fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirib.

Check Also

Türkiyədə cinayətkar qruplaşmalara qarşı əməliyyat zamanı 73 şübhəli həbs edilib

Türkiyənin Adana şəhəri və 11 vilayətində silahlı cinayətkar qruplaşmalara qarşı keçirilən əməliyyat nəticəsində 73 nəfər …