Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Ərdoğan: “Kimsə Türkiyəni təhdidlər və riyakar oyunlarla məğlub edə bilməz”

Kimsə Türkiyəni təhdidlər və riyakar oyunlarla məğlub edə bilməz.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) bələdiyyə sədrliyinə namizəd tanıtma mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, üçüncü güclər PKK, İŞİD kimi terror təşkilatlarından Türkiyə əleyhinə istifadə edirlər: “Amma bizə qarşı edilən cəhdlər boşa çıxır. Bunu bir neçə dəfə göstərmişik. Kimsə bizi yolumuzdan döndərə bilməyəcək”.

R.T.Ərdoğan söyləyib ki, kimsə Türkiyəni təhdidlərlə və riyakar oyunlarla məğlub edə bilməz: “Bir əsr əvvəl olduğu kimi, yenə də bunu göstərəcəyik”.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …