Bazar , 11 Yanvar 2026
Drone Cameras

Ərdoğan Moskva və Kiyev arasında İstanbul danışıqlarını sülhə gedən yolda kritik əhəmiyyətli adlandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqları atəşkəsin əldə edilməsi və yekun sülh üçün zəmin yaradılması baxımından kritik əhəmiyyətli adlandırıb.

“Report”un Albaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, türkiyəli lider bunu Tiranada “Avropa Siyasi Birliyi”nin sammitinin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, atəşkəsin əldə edilməsi, həmişə olduğu kimi, Ukrayna ilə bağlı vasitəçilik səylərində prioritet olaraq qalır.

Ərdoğan bildirib ki, ABŞ, Rusiya və Ukrayna liderləri ilə ayrı-ayrılıqda danışıqlar aparıb, həmçinin İtaliyanın baş naziri, Fransanın prezidenti ilə onların təşəbbüsü ilə telefon danışıqları olub: “2022-ci ilin martından bəri ilk dəfədir ki, qan tökülməsinin dayandırılması üçün həqiqətən real imkan yaranıb. Mən avropalı həmkarlarımı Rusiya və Ukrayna arasında dialoq kanalının açıq qalması üçün dəstək verməyə çağırıram. Türkiyə, öz növbəsində, sülh nizamlanmasına mümkün töhfəsini verməyə davam edəcək”.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …