Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Ərdoğan Trampla “F-35” və “F-16″ların tədarükünü müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla “F-35” və “F-16” qırıcılarının tədarükünü müzakirə etməyi planlaşdırdığını bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində deyib.

“Əvvəlki səlahiyyət müddətində cənab Trampa bu sual verildikdə o, Türkiyənin F-35-lər üçün pul ödədiyini, lakin heç vaxt almadığını cavablandırmışdı. İndi biz bu məsələni yenidən müzakirə edəcəyik. Biz ABŞ-dən həm “F-35″lər, həm də “F-16″lar, onların istehsalı, saxlanması və s. ilə bağlı lazım olanı etməyi gözləyirik”.

Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə raket sistemləri aldıqdan sonra F-35 inkişaf proqramından çıxarılıb. Türkiyə bu qırıcılar üçün bəzi komponentlər, gövdə elementləri və bəzi sistemlər istehsal edib. ABŞ Türkiyənin proqrama qayıtmasının yalnız S-400-dən imtina etməsi ilə mümkün olacağını bəyan edib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …