Cümə , 5 Dekabr 2025
Drone Cameras

Ərdoğan: Türkiyə öz raketini kosmosa buraxacaq

Türkiyə öz raketini kosmosa buraxacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Eskişehirdə gənclər qarşısında çıxışı zamanı deyib.

Ərdoğan çıxışında Türkiyənin astronavt hazırlığı proqramını xatırladıb və bunu Türkiyənin kosmos tədqiqatlarında yeni tarixi addım adlandırıb.

“Gələcək illərdə bu proqramlar çərçivəsində yetişdirdiyimiz astronavtlarla öz raketimizi kosmosa göndərəcəyik”, – o qeyd edib.

Xatırladaq ki, 2023-cü il sentyabrın 12-də NASA və “Axiom Space” Türkiyə tarixində ilk astronavt Alper Gezeravcının daxil olduğu “SpaceX AX-3” kosmik missiyasının (“Axiom Mission 3”) ekipajının formalaşmasının başa çatdığını elan etmişdi.

Cari ilin yanvarın 18-də göyərtəsində Gezeravcı ilə birlikdə “SpaceX AX-3” missiyasının üzvləri – komandir Maykl Lopes-Aleqria, pilot Valter Villadey, missiya mütəxəssisi Markus Vandtın olduğu “Crew Dragon” kosmik gəmisi Beynəlxalq Kosmos Stansiyasına yola düşüb, yanvarın 20-də isə ora çatıb.

Check Also

Türkiyə polisi 33 vilayətdə eyni anda ƏMƏLİYYAT KEÇİRDİ – VİDEO

Türkiyədə son iki həftə ərzində İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 233-dən çox şəxs …